Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov  özünə yeni müavin təyin edib. 

Unikal.org-un əldə etdiyi məlumata görə, Siraqəddin Cabbarovun əmri ilə, Ceyran Xəlilova Sabirabad rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin olunub.

O, bu təyinata qədər Sabirabad rayon Ü.Hacıbəyli adına Musiqi məktəbinin direktoru vəzifəsində çalışıb.

Xəbəri Sabirabad rayon İcra Hakimiyyətindən Unikal.org-a  təsdiqləyiblər.

Qeyd edək ki, bir müddət öncə Sabirabad rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin keçmiş müdiri Babayeva Şahnaz Feyzulla qızı öz ərizəsi ilə işdən çıxıb.

Famil Fərhadoğlu