Qərbi Kaspi Universiteti ABŞ-ın “Texas A&M” Beynəlxalq Universiteti ilə memorandum imzalayıb. 

Unikal.org xəbər verir ki, sənəd iki universitet arasında müəllim və tələbə mübadiləsini, birgə elmi tədqiqatların aparılmasını, müxtəlif layihə və tədbirlərin təşkilini nəzərdə tutur. 

İkitərəfli əməkdaşlıq həmçinin azərbaycanlı tələbələrə ABŞ-da yay və qış məktəblərində iştirak üçün imkanlar yaradacaq.

“Texas A&M” Beynəlxalq Universiteti Tədqiqatlar və Layihələr Departamentinin rəhbəri, professor John Kilburn bu əməkdaşlığın gənclərin təhsil imkanlarının genişləndirəcəyindən əminliyini ifadə edib.

Daha sonra qonaq Qərbi Kaspi Universitetinin tədris binalarında yaradılan şəraitlə tanış olub, müasir laboratoriya və mərkəzlərin keyfiyyətli təhsil üçün yaxşı baza yaratdığını bildirib.