Sabirabadın mərkəzi bazarında yanğın söndürülüb.

Unikal.org xəbər verir ki, hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlərin birgə mübarizəsi nəticəsində alov lokallaşdırılıb və yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.

Lakin buna baxmayaraq, ümumi sahəsi 1000 kvadratmetr sahədən artıq olan iki böyük və iki kiçik ticarət obyekti yanaraq yararsız hala düşüb. Sahibkarlara xeyli miqdarda ziyan dəyib. Hadisənin nədən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

08:56

Sabirabad rayonunda bazarda yanğın başlayıb.

Unikal.org xəbər verir ki, hadisə Sabirabad Mərkəzi Bazarında baş verib. Yanğın təxminən 06:30 radələrində bazardakı dükanlardan birində baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları cəlb olunsa da, hələlik yanğının qarşısını almaq mümkün olmayıb. Alovun bazarın əksər ərazilərinə yayıldığı bildirilir.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.