Müasir Azərbaycan mentalitetinin 10 qüsuru
Müasir Azərbaycan mentalitetinin 10 qüsuru

Bizim xalqın İQ-sü nələrdən xəbər verir?

Məlum olduğu kimi, hər xalqın öz özəllikləri var. Bəziləri kilsədə baş geyimlərini çıxarıb, evdə küçə ayaqqabıları ilə gəzirlər, digərləri evi parıldayana qədər təmizləyib, zibili qapınını düz ağzına atırlar.

Xalqların İQ-sü onların milli xüsusiyyətlərindən xəbər verir - intellektual oyunlarla əylənməkdən tutmuş öküzlərin kütləvi öldürülməsinədək. Bunun hansı daha yaxşıdı, milli səfehlik haradan başlayır - bunu müəyyən etmək çox çətindir, buna görə də bu vəzifəni başqalarına saxlayaq.
Burada bütün yazılanların subyektiv olduğundan çıxış edərək, bu qiymətləndirmə ilə bağlı həmişə mübahisə etmək olar. Buna görə də oxuyacaqlarınızı həqiqətin sonuncu instansiyası hesab etmək lazım deyil.
Beləliklə, 2012-ci il üçün yerli mentalitetin 10 tipik mənfi təzahürünü diqqətinizə təqdim ediriəm.
1. Birinci yerdə Azərbaycan təhsilinin bütün sistemi gəlir - ali məktəblərə qəbul balının 200-dən 150-yə endirilməsi bunun sübutudur. Əgər 700 ballıq qiymətləndirmə sistemini sovetin 5 ballıq sistemilə “əvəzləsək”, 150 bal “iki” qiyməti deməkdir. Uyğun olaraq, Azərbaycanda ümumi təhsilin keyfiyyəti “2”likdir, bu da “2” ilə oxuyanların universitetlərə qəbul olunmalarına mane olmur.
2. Şəhər antisanitariyası. Bu zaman xüsusi qeyd etmək lazımdır ki, ölkəmizdə təmiz şəhərlər var - Şəkidə, Qaxda, Zaqatalada, Gəncədə Bakıda olduğu qədər zibil yoxdur. Amma paytaxt və digər şəhərlər məişət zibilliyi içində batır. Şəhər hakimiyyəti günahkardır, ona görə yox ki, şəhərdə zibilyığanlar azdır. Onların sayı kifayət qədərdir. Hakimiyyət şəhərin təmizliyinin təbliğ olunması üçün heç bir iş görümür. Axı hər sakin üçün ayrıca xadimə qoya bilməzsən.
3. Televiziya. Yerli televizyonçuların ciddi-cəhdləri sayəsində Azərbaycan telekanalları ümumi götürdükdə əxlaqsızlığın nümunəsinə çevrilib. Ən kasıb daxmanın da damında indi iki, bəzən daha çox peyk ateni görünür. Bunun köməyilə azərbaycanlılar yerli televiziyaların kirlətdiyi eybəcər dildə deyil, savadlı danışmağa cəhd göstərirlər. Allaha şükür ki, hələ də küçələrədə “başlandı” yerinə “start verildi”, “keçək” yerinə “keçid alaq” demirlər və bu yaxşı haldır...
4. Arxitektur binaların bərpası. Bizim “Top-10”da dördüncü yeri tutan bərpaçıların səviyyəsini anlamaq üçün İçəri Şəhərin qala divarları boyunca gəzmək və XVI əsrin divarına vurulmuş saatı görmək kifayətdir. Lazımsız saatı səkkiz mismarla unikal tarixi abidəyə yalnız ona görə vurublar ki, bu eybəcərliyə görə xaricdə xeyli pul sərf olunub. Ölkənin unikal tarixi abidəsindəki dəhşətin fonunda turistlərin Şivanşahlar sarayında görəcəkləri “avrotəmir” malakeşlərin əyləncəsi hesab oluna bilər - qədim binanı ağardıblar və bunu “restavrasiya” adlandırıblar.
5. Yol polisi. Bizim DYP işçilərinin işindəki son texniki yenilik mobil kompüterlər olacaq, bunların vasitəsilə sürücülərin şəxsiyyəti və avtomobillərin nömrələri tez bir zamanda müəyyən olunacaq. Əvvəllər onları yan şüşələrinin arxasında videokamera ilə təchiz edir, cərimənin beşdə birini özlərinə götürmək imkanı verirdilər. Bu , DYP əməkdaşlarının rüşvət almaması üçün edilirdi, amam təcrübə göstərir ki, hətta ağ-göy “BMW”ləri qızıl təbəqəsi ilə örtsələr belə, asayiş keşikçilərinin rüşvətxorluğuna son qoyulmayacaq.
6. Avtomobillərin texniki baxışı. Piyadalar bunu bilməyə bilərlər, amma Xırdalan və Maştağadakı məcburi texniki baxış stansiyalarında təkərsiz sınıq-salxaq arabanızı itələyərək, maneəsiz baxışdan keçirə və onun texniki mükəmməlliyi barədə sənəd ala bilərsiniz. Orada hər şeyi nəqd pul həll edir. Əgər nəzərdə tutulmuş məbləği ödəsəniz, kompüterlər istənilən nəticəni “verə bilər” və sizin araba “Audi”nin son markasına çevrilər.
7. Bakı butikləri. Bilirsinizmi, Bakının ən bahalı buitiklərindəki mallar İstanbulda hazırlanır? Türk malı adı altında satılan kostyumlar isə Bakıda tikilir? Keyfiyyətli geyimi qiymətləndirənlər Azərbaycan ticarətinin bu xüsusiyyətindən xəbərdardılar və xaricdən alış-veriş edirlər. Qalanları da bilir, amma özlərini xəbərsiz kimi göstərirlər, guya bu fırıldaq barədə bir dəfə də olsun, eşitməyiblər. Axı, istənilən halda, azərbaycanlılar üçün qonşunu qısqandırmağa hesablanmış xarici görkəm həmişə mahiyyətdən - keyfiyyətdən vacib olub, ona görə də özlərini və ətrafdakıları aldadaraq, butikləri gəzirlər.
8. Yeni Azərbaycan incəsənəti. Bu barədə mübahisə etmək çətindir, çünki rəssam həmişə sizə “mən belə görürəm deyə” etiraz edəcək. Burada vacib olan bir məqam var: ölkədə yenicə “modernizm” üçün pul ödəməyə başlayıblar, bu səbəbdən də, yağışdan sonrakı göbələklər kimi “yeni rəssamlar” peyda olmağa başlayıb.. Siz rəsm çəkmək istəmirsiniz ki? Bu o qədər də çətin deyil ...
9. Şəhər avtobusları. Bakıda ictimai nəqliyyyatda gəzməkdən daha pis yalnız həbsxanada cəza çəkmək ola bilər. Amma yox, kamerada siz təhlükəsizlikdəsiniz, axı “türmə”ni yolla sürümürlər, sükanın arxasında da yorğunluqdan gözləri şişmiş, ağzında siqaret, əlində telefon olan vəhşi oturmayıb. Nəqliyyat nazirliyi ona dəfələrlə xəbərdarlıq edib, hədə-qorxu gəlsə də, heç bir xeyri yoxdu.
10. Bakının su təchizatı. Əgər bu təchizat məsələsi Bakı Oğuz-Qəbələ su kəmərinə qoşulmasından sonra da düzəlməyibsə, deməli, bizim mənzillərimizə həmişə su saatla veriləcək və bəzən də biz susuz qalmalı olacağıq. Axı Qəbələ bizim sonuncu şansımız idi. Azərbaycanda ondan böyük - Abşeronun iri bağ evlərindəki nəhəng hovuzları doldura biləcək başqa içməli su mənbəyi yoxdur.
Kamal Əli