Mingəçevirdə toyda düşən kütləvi dava zamanı bir nəfər bıçaqlanıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə “Sevgi” şadlıq sarayında keçirilən toy mərasimində baş verib.
Mübahisə bir qrup arasında kütləvi dava ilə nəticələnib və 1991-ci il təvəllüdlü Məmmədov Röyal Məcnun oğlu kürək nahiyəsindən bıçaqlanıb.
Daha bir neçə nəfər yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.