Təmizliyi 99 %-dən az olmayan propan istisna ilə, Azərbaycana gətirilən  propana tətbiq edilən 15 faiz idxal gömrük rüsumu ləğv edilib.

Unikal.org xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib.
Beləliklə, emalın spesifik prosesləri və proseslərdə kimyəvi çevrilmələr, o cümlədən digər məqsədlər üçün təmizliyi 90 %-dən çox, lakin 99 %-dən az olan propan 15 faiz idxal gömrük rüsumundan azad edilib. Təmizliyi 99 %-dən az olmayan propan üçün tətbiq edilən 15 faiz idxal gömrük rüsumu isə qüvvədə qalıb.
Bu qərar dərc edildiyi gündən 30 gün sonra, yəni avqustun 14-də qüvvəyə minir.