Rusiyalı skripkaçı Yekaterina Tsukanova Londonda ölü tapılıb.

Unikal.org xəbər verir ki, Londonun Kensinqton bölgəsində yaşayan 17 yaşlı musiqiçinin meyiti evində aşkar edilib.

“Daily Mail” qəzeti isə iddia edib ki, Yekaterina xəstəxanaya yerləşdirildikdən sonra ölüb.

Qeyd edək ki, gənc skripkaçının rəfiqələri onun dozadan artıq narkotik istifadə etdiyi üçün öldüyünü söyləyib.

Qeyd edək ki, Yekaterinanın atası məşhur kolleksioner olmaqla yanaşı, eyni zamanda milyarderdir. O, 1990-cı illərdə arvadı Nataliya ilə birlikdə Böyük Britaniyaya köçüb. Tsukanov Rusiya incəsənət dünyasında ən görkəmli şəxslər siyahısında yer alır. O, Londonda və Moskvada genişmiqyaslı sərgilər təşkil edir. Qızın anası isə nəhəng maliyyə şirkəti yaradıb. Yekaterinanın babası isə Dağıstanın Kənd Təsərrüfatı naziri olub.

Hadisə ilə bağlı araşdırma aparılır.