Mərhum şair Nüsrət Kəsəmənlinin oğlu Rəşad Kəsəmənlinin başına iş gəlib.

Unikal.org xəbər verir ki, aktyorun adından əcnəbi xanımlara qarşı külli miqdarda dollar fırıldaqçılığı edilib.

Bu barədə Rəşad özü məlumat verib.

"Əcəb zibilə düşmüşəm də. Reşma adında bir hindistanlı qız Facebook səhifəmə yazıb ki, Moses adında biri mənim şəkillərimdən və videolarımdan istifadə edərək fərqli ölkələrdən olan qızları aldadır və pul alır. Bu hindistanlı qızdan da 800$ alıb. Axır məni tapa bilib. Whatsapp yazışmalarını da göndərib. Deyirəm burada aylıq maaşımı güclə alıram. Hansısa Moses evində oturub mənim şəkil və videolarımla külli miqdarda dollar yığır. Üstəlik anaım da şəkilini göndərib ki, "Bu da mənim anamdır". Ay köpək oğlu, anamı mən zorla elçi göndərmişdim. Sən necə elçi göndərəcəkdin? Hələ bir qız da Afrikadan yazıb Lola adında. Ondan da bu Moses gədəsi 6000 dollar alıb, aldadıb. Ay Moses, alırsan-alırsan cəhənnəmə. Heç olmasa halallıq üçün faizini göndər də. Deyirəm bu gün, sabah interpol məni axtarsa təəccüblənmərəm. Qarabala Mosesdə bax a, malades".

Qeyd edək ki, Rəşad Kəsəmənli ailəlidir. Aktyorun 2 qızı və Əli adında oğlu var.