20 Avqust 2019
Bakıda polis rəisinin oğlu faciəvi şəkildə öldü
Bakıda polis rəisinin oğlu faciəvi şəkildə öldü HADİSƏ 16:17 2019-07-11

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovniki Əlaslan Ağayevin ailəsində bədbəxt hadisə baş verib.

Unikal.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, polis polkovnikinin oğlu, 1991-ci il təvəllüdlü Orxan Ağayev yaşadığı, 5-ci mərtəbədə yerləşən mənzilin pəncərəsindən yerə yıxılaraq ölüb.

Polis və prokurorluq əməkdaşları hazırda hadisə yerindədirlər. O. Ağayevin ölümünün səbəbi araşdırılır.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi üzrə cinayət işi başlanıb.