65 yaşlı qadın boğazında ağrı, qanlı öskürək şikayətləri ilə xəstəxanaya müraciət edir.

Unikal.org medicina.az-a istinadən bildirir ki, qadın iddia edib ki, boğazında nəsə hərəkət edir.

Quyçjou əyalət xəstəxanasında həkimlər bronxoskopiya ilə xəstənin nəfəs borusunda 2 sm ölçüdə diri zəli aşkarlayıblar. Həkimlər paraziti dondurub, ehtiyatla çıxarıblar.
 
Yaranın yeri isə müalicə edilib. Parazitin bədəndən çıxarılması prosesi isə cəmi 6 dəqiqə çəkib. Təsərüfatda işləyən qadın içdiyi suya elə də fikir verməyini bildirib: "Hardan gəldi su içirəm. Ola bilsin içdiyim hansısa suyun içində zəli olub".
 
Həkimlərin sözlərinə görə, qadının boğazına möhkəm yapışmış zəli ondan faydalana bilərdi. Müəyyən müddət keçdikdən sonra traxeyanın damarlarından qan sovuran diri zəlini ordan çıxarmaq mümkün olmayacaqdı. Vaxtında müdaxilə olmasaydı sinuslara hücum edə bilərdi.bu isə faciə ilə nəticələnə bilərdi.