Cəlilabadda xuliqanlıq etdiyinə görə saxlanılan Muradovun evində axtarış aparıldı.

Unikal.org-a DİN-dən verilən məlumata görə, xuliqanlıq etdiyinə görə tutulmuş E.Muradovun ətrafında Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun şəhər ərazisindəki evindən “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 5 ədəd patron aşkar edilərək götürülüb.