Mühafizəçi porno film izləyərkən tutulub. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Kral ailəsinin 5 milyard pound (10  milyard 500 milyon manat) dəyərindəki zinət əşyalarının sərgiləndiyi London Qalasındakı "Crown Jewels" mühafizəçisi kamera görüntülərini izləmək yerinə cinsi məzmunlu film izləyərkən yaxalanıb.

Mühafizəçi növbədə olan işçinin onun arxasından gəldiyini hiss etməyib. Bu da onu ələ verib. Belə ki, növbətiçi yoldaşı onun fotosunu çəkib və bu görüntüləri "WhatsApp"la dostlarına göndərib. Bu da qısa müddətdə sürətlə yayılıb.

Sosial şəbəkədə bu görüntüləri görən insanlar onu tənqid ediblər və bu fikirləri söyləyiblər: 

"Harada olsanız da, iş yerində belə film izləmək yanlışdır. London qalasında işləyirsinizsə böyük məsuliyyətiniz var. Buna görə də bu çox pis qarşılanır”. 

Qalanın mətbuat katibi bununla bağlı açıqlama verib və fotoyla bağlı araşdırma aparıldığını deyib. 

Qeyd edilir ki, Kral ailəsinin cəvhirətları, kraliçanın parlamenti açmaq üçün geyindiyi İmparatorluq Dövlət Tacı və 400 milyon funt-sterlinqlik bir almazdan ibarətdir. Həmin məkanı il ərzində 3 milyon insan tərəfindən ziyarət edilir.