Bakının Suraxanı rayonunda quldurluq hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Günəşli qəsəbəsi, "Q" massivi 27 ünvanında törədilib.

Belə ki, mənzilə daxil olan maskalı şəxslər orada 1982-ci il təvəllüdlü Sofiyeva Rəna Cavanşir qızına bir neçə bıçaq zərbəsi vurublar. Həmin şəxslər bundan sonra evi qarət ediblər. Yaralı qadın qonşuların köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə Surxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları cəlb edilib. Faktla bağlı Suraxanı RPİ-də cinayət işi başlanılıb.