Mingəçevirdə 13 yaşlı yeniyetməyə kəsici alətlə ağır  xəsarət yetirilib.

Unikal.org apa-ya istinadən xəbər verir ki,  hadisə şəhərin Puşkin küçəsində qeydə alınıb. Naməlum şəxs 13 yaşlı uşağa kürək nahiyəsindən kəsici alətlə (ehtiala görə bıçaqla) xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.