“Çukur” serialında “Yamaç” obrazını canlandıran Aras Bulut İynemli həmkarları kimi “bədəlli əsgərlik”dən yararlanıb.

Unikal.org xəbər verir ki, 21 gün əsgərlik çəkməsi planlaşdırılan Arasın hərbi formada olan fotoları ötən gün paylaşılıb.

Şəkilləri ilə sosial medianın gündəmində olan aktyor Türkiyənin Kütahya bölgəsində hərbi xidmət edəcək.

Qeyd edək ki, “Çukur” serialı sentyabr ayından üçüncü mövsümü ilə tamaşaçıların qarşısına çıxacaq.