Gəncə sakininin silahla ehtiyatsız davrandığı üçün özünə xəsarət yetirdiyi müəyyənləşib.

Unikal.org  xəbər verir  ki, Vüqar Ələsgər oğlu Hüseynov Gəncə Şəhər Baş Polis İdarəsinin Qeydiyat və Şəxsiyyət Vəsiqəsi Xidmətinin inspektoru, polis baş leytenantıdır. 

Onun qarın boşluğundan güllə yarası aldığı və vəziyyətinin normal olduğu bildirilir. 

xxx

17:42

Gəncə şəhər sakini güllələnib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hələ ki şəxsiyyəti məlum olmayan şəxs güllə yarası ilə xəstəxanaya yerləşdirilib. 

Hadisənin hansı şəraitdə baş verdiyi hələ ki məlum deyil. 

Faktla bağlı araşdırma aparılır.