Bakıdan hava limanı istiqamətinə gedən yolun 14-cü km-də qəzada ölən MMA üzrə dünya və avropa çempionu Fərhad Poladovun qəza anının görüntüsü ortaya çıxıb. 

Unikal.org xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda Fərhad Poladovun "Niva" markalı avtomobili ilə əks yola çıxaraq digər maşınla toqquşduğu əks olunub.  

Qeyd edək ki, iyunun 29-da qaydasız MMA döyüşü üzrə dünya və Avropa çempionu olmuş Fərhad Poladov Bakıda yol qəzasına uğrayıb. F.Poladov hadisə zamanı ağır xəsarət alıb. O, sol ayağının və döş qəfəsinin sınığı diaqnozu ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq idmançı  dünyasını dəyişib.