Bu ilin yanvar-may aylarında “Azərkosmos” ASC dünyanın 18 ölkəsinə 16,1 mlilyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib.

Unikal.org-un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin iyun sayında bildirilir. 

Məlumata görə, “Azərkosmos”un ixracdan əldə etdiyi gəlirlər onun ümumi gəlirlərinin 88%-ni təşkil edib.

Bu ilin may ayında isə səhmdar cəmiyyəri 16 ölkəyə 2,3 milyon dollar dəyərində xidmət ixrac edib. 

“Azərkosmos”un xidmətini idxal edən əsas ölkələr ABŞ, Malayziya, Fransa, Böyük Britaniya və BƏƏ olub.