18 Avqust 2019
17 Avqust 2019
“Türkiyə Rusiya istehsalı S-400 alarsa...” - Pentaqon
“Türkiyə Rusiya istehsalı S-400 alarsa...” -Pentaqon DÜNYA 00:25 2019-06-27

Pentaqonun səlahiyyətlərinin müvəqqəti icraçısı Mark Esper Türkiyənin Rusiya istehsalı S-400 zenit-raket kompleksləri alacağı halda, F-35 Amerika qırıcılarını almayacağını bəyan edib.

Unikal.org xəbər verir ki, bu haqda Pentaqonun nümayəndəsi Conatan Hoffman bildirib.

Esper türkiyəli həmkarı Hulusi Akarla NATO ölkələrinin müdafiə nazirlərinin toplantısında görüşüb.

“Liderlər arasında açıq və şəffaf müzakirələr oldu. Nazir səlahiyyətlərinin müvəqqəti icraçısı Esper təkrarladı ki, Rusiya raket sistemlərinin Türkiyə tərəfindən alınması F-35 proqramıyla ziddiyyət təşkil edir”, - Conatan Hoffman deyib.