Gəncə şəhərində gənc oğlan özünü asmaq istəyən zaman boğazına doladığı kəndir qırılıb. 

Unikal.org Report-a istinadən xəbər verir ki, şəhərin Əhmət Cəmil küçəsində yaşayan 19 yaşlı gənc oğlan özünü asaraq intihar etmək istəyib. Bu zaman boynuna doladığı kəndir onun ağırlığına tab gətirməyərək qırılıb və gənc oğlan özünü asmaq istədiyi tavandan yerə düşüb. Bundan xəbərtutan gəncin ailə üzvləri onu  dərhal xəstəxanaya çatdırıblar. Onun vəziyyətinin ağır olduğu bildirilir. 

Gəncin intihara cəhd etmə səbəbləri hələlik məlum deyil. 

Faktla bağlı araşdırma aparılır.