16 Sentyabr 2019
Gənc qız öpüşmək adı ilə oğlanı aldatdı və...- FOTO
Gənc qız öpüşmək adı ilə oğlanı aldatdı və...-FOTO REPORTAJ 19:26 2019-06-23

Qadının hazırda 8 il müddətində azadlıqdan məhrum oluna biləcəyi qeyd olunur. Hadisə qurbanının vəkilləri isə qadının 10 il müddətinə həbsxanaya göndərilməsini istəyiblər.

Öz keçmiş sevgilisinin dilini dişləyərək qopardığına görə, Adayya Lopes Esteve 8 il müddətində azadlıqdan məhrum ola bilər

Unikal.org xəbər verir ki, 2017-ci ildə sevgilisindən ayrılarkən sonuncu dəfə onunla öpüşmək istəyən Barselona sakini Adayya Lopes Esteve kişinin dilini dişləyərək qoparıb və yerə tüpürüb.

Qadının hazırda 8 il müddətinə azadlıqdan məhrum oluna biləcəyi qeyd olunur. Hadisə qurbanının vəkilləri isə qadının 10 il müddətinə həbsxanaya göndərilməsini istəyiblər.

Yerli media xəbər verir ki, cütlük 2016-cı ilin dekabrında internetdə tanış olub və bir neçə dəfə ayrılıb-barışandan sonra 2017-ci ilin iyununda sevgilisi Adayyadan birdəfəlik ayrılmaq qərarına gəlib.   

Estevenin sevgilisinin qərarına aqressiv şəkildə reaksiya verdiyi, mənzildən şığıyaraq çıxdığı və yenidən mənzilə qayıdaraq sevgilisindən üzr istədiyi bildirilir.

Yerli "El Taquigrafo" qəzetinin məlumatına görə, qadın sevgilisini qucaqlayaraq ondan "son öpüş" istəyib və vəziyyətdən sui-istifadə edərək onun dilini dişləyərək qoparıb, yerə tüpürüb. Estevenin sevgilisini qan içində qoyub qaçdığı bildirilir.

Xoşbəxtlikdən, qonşulardan biri kişinin qışqırıqlarını eşidib və onun xəstəxanaya çatdırılmasına yardım edib.


  • Gənc qız öpüşmək adı ilə oğlanı aldatdı və...-FOTO
  • Gənc qız öpüşmək adı ilə oğlanı aldatdı və...-FOTO