Braziliyalı 53 yaşlı əfsanə futbolçu Romario 22 yaşlı Ana Karoline Nazario ilə eşq yaşayır. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Romario özündən 31 yaş kiçik bir qadınla sevgili olması ölkəsində birmənalı qarşılanmayıb. İnsanlar əfsanəvi futbolçunu ciddi tənqid atəşinə tutublar. 

Bir şirkətdə idarəçi olaraq çalışan Ana Karoline Nazario, Romario ilə sevgi münasibətlərinə dair görüntülər yayıldıqdan sonra Braziliyanın ən məşhur insanlarından birinə çevrilib. 

Ana Karoline Nazarionun Romairo ilə sevgili olması xəbərindən sonra Instagram izləyicilərinin sayı da sürətlə artıb.

Cütlüklər necə tanış olmamaları və nə zamandır birlikdə olmaları ilə bağlı xəbəri gizlədirlər.