18 İyul 2019
17 İyul 2019
Namus üstündə həmyerlisinə 20 güllə vurdu - Azərbaycanda
Namus üstündə həmyerlisinə 20 güllə vurdu -Azərbaycanda KRİMİNAL 18:52 2019-06-10

Beyləqanda qətl törədilib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Sarısu qəsəbəsində qeydə alınıb. Ağayev Ramil Sakit oğlu avtomatla həmyerlisi Məmişov Elmir Əliyar oğlunu güllələyib. 20-dən çox güllə yarası alan E.Məmişov hadisə yerindəcə keçinib.

R.Ağayev polisə gedərək könüllü təslim olub.

İlkin məlumatlara görə, R.Ağayevlə E.Məmişovun ailələri arasında namus üstündə köhnə ədavət olub. Həmin ədavətdən sonra E.Məmişovun ailəsi kəndi tərk edib. Lakin E.Məmişov bir neçə gün əvvəl kəndə qayıdıb. Bundan xəbər tutan R.Ağayev onu öldürüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.