15 Sentyabr 2019
14 Sentyabr 2019
Azərbaycanda oğlu güllələyən kişi xəstəxanada öldü
Azərbaycanda oğlu güllələyən kişi xəstəxanada öldü KRİMİNAL 17:26 2019-06-08

Ağcabədi rayonunda başından güllələnən şəxs xəstəxanada ölüb.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, Ağcabədi rayonunda güllələnən, 1965-ci il təvəllüdlü Tağıyev Mirələm Zalış oğlu Ağcabədi rayon Mərkəzi Xəstəxanasına gətirilsə də, sonradan Bakıya, Mirqasımov adına Respublika Kliniki xəstəxanasına köçürülüb.

Yaralı aldığı xəsarətlərdən xəstəxanada keçinib.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

Xatırladaq ki, M.Tağıyev bir neçə gün əvvəl Ağcabədi rayonunda oğlu tərəfindən güllələnib.