Ermənistan ordusunun dörd zabiti hərbi polisin əməkdaşını döyüb.
Unikal.org anspress-ə istinadən xəbr verir ki, bu barədə Ermənistanın İstintaq komitəsinin mətbuat xidməti xəbər yayıb. Məlumata görə, hücum edən hərbçilər saxlanılıb.

Hadisə ilə bağlı hakimiyyət nümayəndəsinə zor tətbiqetmə maddəsi ilə cinayət işi açılıb. İstintaq komitəsi davanın niyə və hansı şəraitdə baş verdiyini açıqlamayıb.

"Aykakan Jamanak" qəzeti isə insidentin  qondarma Dağlıq Qarabağ ordusunda baş verdiyini iddia edir. Qəzetin məlumatına görə, "ordunun" mayoru Ararasın Zaxaryan, leytenant L.Saakyan, baş  leytenant K.Martirosyan, leytenant T.Anaxasyan Hərbi polisin əməkdaşı Andranik Matevosyanı döyüblər.  

Davaya səbəb isə Andranik Matevosyanın  zabitlərin avtomobilini saxlamasıdır. Polis hərbçiləri avtomobili yüksək sürətlə idarə etdikləri üçün saxlanılıb. Avtomobili saxlayan hərbi polisin əməkdaşı onları yanına çağırıb.  Amma 4 zabit onun bu hərəkətindən əsəbləşib.  Sonra onlar arasında dava olub.

Hazırda hərbi polis zabiti hospitala yerləşdirilib. Onun müxtəlif dərəcəli bədən xəsarəti aldığı bildirilir.
 
Unikal.org Erməni KİV-lərinə istinadən xəbər verir ki, aprel döyüşlərindən sonra külli miqdarda silah sursat və hərbiçi itirən düşmən ölkə, bundan çıxış yolunu  orduda xidmət çəkən hərbiçilərin maaşlarından gizli şəkildə pulların tutulmasında görüb. Bunun üçün düşmən ölkənin hərbi sektoru tamamilə çöküb və rüşvət və hərcmərclik baş alıb gedib. 
 
Hərbiçilərin maaşlarına göz dikən hərbi polislər də onları addım başı izləyir və yalandan cərimə edirlər. Artıq düşmən ölkənin digər hərbiçiləri də hərbi polislərdən bezdiklərini və onlardan addım başı rüşvət aldıqlarını açıqlayıblar. Bunun qarşısı alınmassa hərbiçilər və hərbi polis arasında qarşıdurmalar davam edəcəyini bəyan ediblər.