Hər zaman təhsilə, insan resurslarının, xüsusilə qadınların və uşaqların intellektual  inkişafına önəm verən Ulduz Şokolad Fabriki ( “Veysəloğlu-Yaycılı Qardaşlar” MMC) bu dəfə  Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) tərəfindən qadınlar üçün təşkil olunan Marketinq təliminə dəstək oldu. 

Unikal.org xəbər verir ki, sahibkar xanımlar üçün ödənişsiz keçirilən təlimdə marketing, SWOT analizi, qiymət siyasəti, brendinq, strategiya, reklam və internet marketinqi kimi əsaslı mövzular haqqında iştirakçılara ətraflı məlumat verilib, sonda isə hər kəsə təşilat adından sertfikatlar təqdim olunub.
Qeyd edək ki, Ulduz Şokolad Fabriki bundan sonra da AQSİA tərəfindən regionlarda keçiriləcək təlimlərə dəstək olmaqda davam edəcək.