16 İyul 2019
Ağdaşda kafe və mağaza yandı
Ağdaşda kafe və mağaza yandı HADİSƏ 19:09 2019-05-25

Ağdaş rayonunun Ləki qəsəbəsində yanğın olub.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, bir dam altında tikilən ümumi sahəsi 655 m² olan birmərtəbəli kafenin yanar konstruksiyaları 450 m² sahədə və bitişik ümumi sahəsi 120 m² olan mağazanın dam örtüyünün yanar konstruksiyaları 25 m² sahədə yanıb. 

Kafenin, mağazanın qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.