19 Sentyabr 2019
Bakıda özünü körpüdən atmaq istəyən şəxs xilas edildi
Bakıda özünü körpüdən atmaq istəyən şəxs xilas edildi HADİSƏ 09:16 2019-05-25

Bakıda özünü körpüdən atmaq istəyən şəxs xilas edilib.

Unikal.org  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfərin körpünün üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirməsi barədə məlumat daxil olub. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.