"Başakşəhər"in futbolçusu Əmrə Belözoğlu karyerasını "Fənərbaxça"da davam etdirəcək.

Unikal.org Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə klubun prezideni Göksel Gümüşdağ məlumat verib:

"Onunla görüşdüm və bizimlə daha 1 il qalmağını istədim. Ancaq Əmrə "Fənərbaxça"da futbolçu karyerasını başa vurmaq istədiyini söylədi, mən də icazə verdim".

Qeyd edək ki,  38 yaşlı Ə.Belözoğlu 2008-2012 və 2013-2015-ci illərdə "Fənərbaxça"da oynayıb.