22 Avqust 2019
İlham Əliyev rusiyalı naziri qəbul etdi - FOTO-YENİLƏNİB
İlham Əliyev rusiyalı naziri qəbul etdi- FOTO-YENİLƏNİB Prezident Seçkiləri 14:40 2019-05-24

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 24-də Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə naziri Maksim Topilini qəbul edib.

Unikal.org xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığa əsaslanan ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, sosial təminat sahəsində əlaqələr, təcrübə mübadiləsi məsələləri müzakirə edilib.

Görüşdə Rusiyada və Azərbaycanda sosial sahənin müxtəlif istiqamətləri ilə bağlı həyata keçirilən islahatlardan danışılıb, təcrübə mübadiləsinin aparılması üçün yaxşı imkanların olduğu qeyd edilib. Eyni zamanda Maksim Topilinin səfəri zamanı müvafiq nazirliklər arasında imzalanacaq sazişin əhəmiyyətinə toxunulub.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

12:15

Azərbaycan Prezidenti İlham Əliyev mayın 24-də Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə naziri Maksim Topilini qəbul edib.

Unikal.org xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.  


  • İlham Əliyev rusiyalı naziri qəbul etdi- FOTO-YENİLƏNİB