Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 13 may tarixli 1502 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, sərəncamda qeyd edilir ki, “Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 13 may tarixli 1502 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 5, maddə 407; 2012, № 2, maddə 113; 2014, № 6, maddə 644, № 11, maddə 1414; 2016, № 8, maddə 1384, № 9, maddə 1518; 2018, № 8, maddə 1677) 1-ci hissəsi ilə yaradılmış Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin: 

“Komissiyanın həmsədri 

Rüfət Məmmədov - Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini 

Komissiyanın üzvləri 

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini 

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini 

Azərbaycan Respublikası maliyyə nazirinin müavini 

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini 

Azərbaycan Respublikası energetika nazirinin müavini 

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini 

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini 

Azərbaycan Respublikası təhsil nazirinin müavini 

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini 

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini 

Azərbaycan Respublikası Mərkəzi Bank sədrinin müavini 

Azərbaycan Respublikasının Çexiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri.”. 

Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Çexiya Respublikası tərəfinə bildiriş göndərəcək.