18 İyul 2019
17 İyul 2019
Elektron sənədlərin qeydə alınması proseduru dəyişdi
Elektron sənədlərin qeydə alınması proseduru dəyişdi CƏMİYYƏT 00:37 2019-05-19

Nazirlər Kabineti “Elektron sənədlərin mübadiləsi Qaydası”nda dəyişiklik edib.

Unikal.org-un məlumatına görə, qüvvədə olan Qaydaya əsasən, elektron sənədlərin qeydə alınması elektron və ya kağız-uçot jurnallarında aparılmalıdır.

Eyni zamanda elektron sənədlərin elektron jurnallarda qeydə alınması zamanı qeydə alınma məlumatlarının icazəsiz müdaxilələrdən mühafizəsi və təsadüfən məhv və ya təhrif edilməsinə yol verilməməsi təmin edilməli idi.

Dəyişikliyə əsasən, elektron sənədlərin qeydə alınması artıq elektron və ya kağız-uçot jurnallarında deyil, elektron sənəd dövriyyəsi sistemi vasitəsilə həyata keçiriləcək. Müvafiq olaraq elektron sənədlərin elektron sənəd dövriyyəsi sistemində qeydə alınması zamanı qeydə alınma məlumatlarının icazəsiz müdaxilələrdən mühafizəsi və təsadüfən məhv və ya təhrif edilməsinə yol verilməməsi təmin edilməlidir.