Dünya bazarında neft sürətlə ucuzlaşır.
 
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,42 dollar azalaraq 47,59 dollar təşkil edib.
 
Unikal.org apa-ya istinadən məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,31 dollar azalaraq 48,66 dollar olub.
 
Beləliklə, neft artıq 5-ci gün dalbadal ucuzlaşır. Brent markalı neftin qiyməti mayın 24-dən etibarən minimum səviyyəyə enib.

Neftin ucuzlaşmasına səbəb kimi ABŞ-da neft buruqlarının sayının artması və Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı keçirəcəyi referendumun yaxınlaşması göstərilir. Federal Ehtiyatlar Sisteminin dünən uçot dərəcəsinin əvvəlki (0,25-0,5%) səviyyədə saxlaması neftin ucuzlaşmasını daha da sürətləndirib.