Amerikan güləşçisi və model olan Eşli Massaro vəfat edib.

Unikal.org xəbər verir ki, Eşli ölümündən əvvəl təcili yardıma zəng edib. Gənc modelin ölümü ilə bağlı cinayət işi başlanılıb.

İdman karyerası ilə yanaşı model olan və bir çox jurnalın üz qapağına çəkilən Eşli Nyu-Yorkda vəfat edib. Səhərə yaxın o, təcili yardıma zəng edib və "Məni xilas edin" deyib. Məhkəmə tibbi ekspertiza ölümün əsl səbəbini araşdırmalardan sonra açıqlayacaq.