Tarkan və həyat yoldaşı Pınar Tevetoğlu ikinci uşaqla bağlı sevənlərinə mesaj verib. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, həyat yoldaıyla birlikdə Rusiyay konsert üçün gedən Tarkan Türkiyəyə qayıdıb. Tarkanın həyat yoldaşı Pınar Tevetoğlu, dünən axşam Nişantaşında bir məkandan çıxarkən görüntülənib.

P.Tevetoğlu jurnalistlərin konsertlə bağlı sualına "konsert çox gözəl keçdi" deyə cavab verib. Ancaq müğənnninin həyat yoldaşı jurnalistlərin digər suallarından yayına bilməyib.

Analar gününda qızı Liyanın fotosunu ilk dəfə paylaşan P.Tevetoğlu  muxbirin "İkinci uşaq düşünürsünüzmü?" sualına "İnşallah" deyə cavab verib. Pınar Tevetoğluna həmin sualı verən müxbirin bu cavabı aldıqdan sonra dostuna "Qapını bağla, manşeti aldıq" deməsi ətrafdakıların gülüşünə səbəb olub.

Qeyd edək ki, cütlük ötən il iyul ayında qızları Liyanı qucaqlarına alıb.