65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputat seçilmiş, Milli Məclisin Səhiyyə komitəsinin sədri   Əhliman  Əmiraslanov bu gün Milli Məclisdə vətəndaşları növbəti dəfə qəbul edib.

Unikal.org xəbər verir ki, qəbulda Əhliman Əmiraslanovun deputat seçildiyi 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən olan seçicilərlə yanaşı, səhhətindəki müxtəlif problemlərin həlli ilə bağlı Səhiyyə komitəsinə müraciət edən  vətəndaşlar da iştirak edib.

Seçicilər, əsasən sosial problemlər,  işlə təmin olunma ilə bağlı,  Səhiyyə komitəsinə müraciət edən vətəndaşlar isə müxtəlif xəstəliklərin müalicəsinə köməklik göstərilməsi üçün müraciətlərini komitə sədrinə çatdırıblar. Əhliman Əmiraslanov qəbula müraciət edən vətəndaşları maraqlandıran sualları cavablandırmış və müraciət etdikləri hər bir məsələ ilə bağlı müvafiq köməklik göstəriləcəyini bildirib.