"Ekologiya və Təbii Sərvətlər Nazirliyini  haqsız olaraq, ağac kəsənlərlə əlbir olmaqda ittiham edirlər". Unikal.org xəbər verir ki, ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib. 

O deyib: "Biz, min bir əziyyətlə yetişdirilmiş ağacların məhv edilməsinə qarşıyıq, Nazirlik olaraq bütün vasitələrlə təbiətə belə qəddar münasibətin qarşısının almağa çalışırıq. ETSN ağacların kəsilməsinə və ya yaşıllıq sahəsinin bilərəkdən yox edilməsinə çalışanlara hər zaman qarşı durub və duracaq. Təəssüf ki, bəziləri bu məsələlərdə haqsız yerə, bizi ittiham edir, bir neçə il əvvəlki, köhnə məlumatları yayır, ETSN-ni günahlandırmağa, kollektivin gördüyü işlərə kölğə salmağa çalışır. Yalançı vətənpərvərlik göstərib, əsassız ittiham edirlər ki, guya biz ağac kəsənlərlə əlbirik. Nədə əlbirik? Bu heç bir məntiqə sığmır, hansı həkim öz xəstəsinin ölümündə maraqlı olar? 
Biz, saglam və şəffaf fəaliyyətimizi davam etdiririk. Bir daha əminliklə bildiririk ki, Nazirlik ağacların kəsilməsinə, yaşıllıqlara qəddar münasibətə qarşıdır və əksinə, paytaxtda və regionlarda kütləvi surətdə ağac əkilməsinə, yaşıllıq sahələrinin miqyasının genişləndirilməsində maraqlıdır. Təkcə son payız və yaz ağacəkmə kampaniyalarında 2 milyondan  çox ağac əkilməsi buna sübutdur.  
Yaşıllıq altına düşən sahələrdə tikinti işlərinin aparılması bəzən ağacların kəsilməsi kimi arzuolunmaz  hallar yaradır və bu, dərhal ETSN tərəfindən adekvat reaksiya ilə qarşılanır. Çox sevindiricidir ki, artıq belə vəziyyətlərdə ictimaiyyət də təpki göstərir, bizə dəstək verir, media orqanları məsələni diqqətdə saxlayır".