“Bakının Rəşid Behbudov küçəsindən keçən su xəttində baş verən qəza ilə əlaqədar olaraq yolun hərəkət hissəsində müəyyən çətinliklər yaranıb”.

Bu barədə Unikal.org-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, bu səbəbdən də hazırda Rəşid Behbudov küçəsində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.
“Hazırda hərəkətin intensivliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər görülür. Svetoforlarda yaşıl dalğa tətbiq edilib”, - məlumatda deyilir.