15 Sentyabr 2019
14 Sentyabr 2019
Yol polisi və Avtovağzal birgə maarifləndirici tədbir keçirdi - FOTO
Yol polisi və Avtovağzal birgə maarifləndirici tədbir keçirdi- FOTO CƏMİYYƏT 17:29 2019-04-24

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə birgə maarifləndirici tədbir keçirib.

Unikal.org xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsitərəfindən hazırlanmış, yol iştirakçılarının həyatı üçün əhəmiyyətli mövzuların əhatə olunduğubukletlər Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində yeni istifadəyə verilmiş Nəqliyyat Qovşağında  sürücülərə və sərnişinlərə təqdim edilib.

“Qaydalara riayət edək, həyatımıza dəyər verək” şüarı altında təşkil olunan tədbirinin əsas məqsədihərəkət iştirakçılarının maarifləndirilməsi ilə yanaşı yol hərəkəti qaydalarına riayət olunması, sürət rejiminə nəzarət edilməsi, sürücülərin, eyni zamanda sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməsi və digər müxtəlif tövsiyələrdən ibarət olub.

Məlumat üçün bildirək ki, Baş Dövlət Yol Polisi İdarəsiuşaqlar arasında yol hərəkəti təhlükəsizliyinə dair bilik və vərdişlərin inkişaf etdirilməsi məqsədi ilə “Yol hərəkəti qaydaları uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsinə də start verib.

  • Yol polisi və Avtovağzal birgə maarifləndirici tədbir keçirdi- FOTO