18 Sentyabr 2019
17 Sentyabr 2019
Qəbələdə QƏZA - Ölən və yaralananlar var
Qəbələdə QƏZA- Ölən və yaralananlar var HADİSƏ 19:39 2019-04-20

Qəbələdə ölümlə nəticələnən yol qəzası olub.

Unikal.org Ona-ya istinadən xəbər verir ki, hadisə bu gün İsmayıllı-Qəbələ yolunun Bunud kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ 2106" və "BMW" markalı minik avtomobillərinin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Ölən və xəsarət alanların adları məlum olub. Toqquşma nəticəsində Bunud kənd sakini, 1977-ci il təvəllüdlü Vəliyev Ceyhun Yarməmməd oğlu aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib.

Hadisə zamanı Qəbələ və Bakı sakinləri Xəlilov Emin Qulfəddin, Osmanlı İlkin Heydər oğlu, Nəcəfzadə Ruslan Aydın oğlu, Nəbiyev Elçin Yaşar oğlu, Abbasov Murad Aydın oğlu müxtəlif bədən xəsarətləri ilə Qəbələ Diaqnostika Mərkəzinə və Qəbələ rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.