17 Sentyabr 2019
Fuad Qəhrəmanlının 14 yaşlı qızına hücum edən şəxs HƏBS OLUNDU - YENİLƏNİB
Fuad Qəhrəmanlının 14 yaşlı qızına hücum edən şəxsHƏBS OLUNDU - YENİLƏNİB HADİSƏ 19:37 2019-04-18

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızına küçədə hücum edən Tural Qarayevə 15 sutka inzibati həbs cəzası verilib.

Unikal.org-un xəbərinə görə, bununla bağlı, bu gün Yasamal Rayon Məhkəməsində qərar qəbul edilib. 

xxx

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızına küçədə hücum edən şəxs saxlanılıb.

Unikal.org xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə ONA-ya açıqlamasında bildirib ki, polis tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində Sənay Qəhrəmanlıya qarşı xuliqanlıq hərəkətləri edən şəxsin Bakı şəhər sakini Tural Qarayev olması müəyyən edilib və o, polis tərəfindən saxlanılıb.

T. Qarayev barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması, hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə məhkəməyə göndəriləcək.  

Qeyd edək ki, sosial şəbəkələrdə AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızına küçədə hücum olması ilə məlumat yayılıb.