Portuqaliyada 4 ay əvvəl beyin ölümü keçirən qadın ana olub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ana körpəni qeysəriyyə üsulu ilə dünyaya gətirib.
Paytaxt Lissabonda bir xəstəxanada ana bətnində 32-ci həftəsini tamamladıqdan sonra dünyaya gələn oğlan uşağının çəkisi 2 kq 350 q olduğu və onun sağlamlığında heç bir problemin olmadığı bildirilib.
Körpənin anası beyninə qansızma nəticəsində 20 fevralda dünyasını dəyişib. Həkimlər beyin ölümü keçirən qadının hamiləliyində heç bir problemin olmamasını nəzərə alaraq  atasının razılığını aldıqdan sonra onu süni nəfəs aparatından ayırmayıblar. 
Xatırladaq ki, analoji hadisə aprel ayında Polşada baş verib. Ana ölümündən 55 gün sonra uşaq dünyaya gətirib.