Qarabağda erməni postlarında çəkilən daha bir görüntü yayılıb. 

Unikal.org baku.ws-ə istinadən bildirir ki, Madagizdə qeydə alınan görüntülər Ermənistan ordusundakı reallığı göstərir. Yaşlıların üstünlük təşkil etdiyi orduda qadınlar da diqqət çəkir. 
 
Üzü tüklü, qeyri-nizami formada orduya xidmət göstərməyə çalışan ermənilər kadrlardan da göründüyü kimi acınacaqlı durumdadır. Orduya canlı qüvvə cəlb etməkdə çətinlik çəkən Ermənistan ordusu ilk baxışdan qocalar evinə bənzəyir.
  
Qeyd edək ki, aprel döyüşlərində Azərbaycan ordusu Madagizdə yerləşən erməni postlarını darmadağın edərək düşmənə sarsıdıcı zərbələr endirib. 

[video=| ]