Bakı şəhəri 3-cü mikrorayon dairəsində yerləşən körpünün üzərində qəza baş verib. 

Unikal.org-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, “Ford” markalı yük avtomobili “bardür”ə çırpılıb. 90 RC 474 nömrə nişanlı yük avtomobili körpüdən aşma təhlükəsi ilə üz-üzə qalıb. 

Hadisə nəticəsində xəsarət alan olmasa da,yük avtomobilinə ciddi ziyan dəyib.