16 Sentyabr 2019
Külli miqdarda narkotika qanunsuz dövriyyədən çıxarıldı
Külli miqdarda narkotika qanunsuz dövriyyədən çıxarıldı HADİSƏ 10:43 2019-02-11

Daxili işlər orqanlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 5,5 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə, o cümlədən 1,2 kiloqrama yaxın heroin, 2 kiloqramdan artıq tiryək, 2,3 kiloqramdan çox marixuana götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Unikal.org Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri aparılır.