Bakı şəhərində ən çox yol-nəqliyyat hadisələrinin baş verdiyi yerlər açıqlanıb.

Unikal.org bildirir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, qəzalar ən çox Ziya Bünyadov, Heydər Əliyev, Qara Qarayev, Azadlıq, Neftçilər, Moskva prospektləri, habelə Buzovna, Maştağa yolu, eləcə də Kənar Dairəvi Yolda baş verib. 

Ötən il baş verən qəzaların 62 faizi isə piyada vurmaların payına düşüb. Bunun da özünəməxsus səbəbləri var. 

Ümumilikdə 2018-ci il ərzində Bakıda 619 yol-nəqliyyat hadisəsi baş verib. Baş verən qəzalar nəticəsində 212 nəfər həlak olub, 529 nəfər müxtəlif xəsarətlər alıb. (Xəzər TV)