Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasında qrup mərhələsinin ilk dövrəsinin son oyununa çıxıb.
Unikal.org-un məlumatına görə, rəqib İspaniya yığması olub.
"B" qrupuna təsadüf edən qarşılaşma millimizin qələbəsi ilə yekunlaşıb - 3:1. Bununla da Faiq Qarayevin yetirmələri ilk dövrəni 9 xalla qrup lideri kimi başa vurublar. Digər görüşdə ev sahibi Monteneqro Fransaya qalib gələ bilməsə, Azərbaycan millisinin ən yaxın izləyicisi ilə 3 xallıq fərqi daha da böyüyəcək.
Qeyd edək ki, "B" qrupunda ikinci dövrə qarşılaşmaları 10-12 iyunda Fransanın Renn şəhərində təşkil olunacaq.
Avropa Liqası, "B" qrupu, III tur
İspaniya - Azərbaycan - 1:3 (16:25, 25:23, 17:25, 16:25)
Hakimlər: Alina Felisia Sukyu (Rumıniya), Mixael Yanoş (Avstriya)
Bar, "Topolitsa" idman sarayı.