Fransanın paytaxtı Parisdə ilk dəfə nudist (çılpaq) bir teatr tamaşası izləyicilərin ixtiyarına buraxılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, səhnədə çılpaq olan aktyorların ifasını izləmək üçün tamaşaçılar da içəri soyunaraq daxil olublar.

Məlumata görə, ilk dəfə tamaşaya qoyulan nudist dram əsəri böyük marağa səbəb olub və bundan sonra da səhnələşdirilməsi gözlənilir.