18 İyul 2019
17 İyul 2019
İki avtomobil toqquşdu: yaralılar var - FOTO
İki avtomobil toqquşdu:yaralılar var - FOTO HADİSƏ 21:56 2019-01-12

Şirvan şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı bir neçə nəfər xəsarət alıb

Unikal.org-un report-a istinadən məlumatına görə, hadisə H.Əliyev prospektində qeydə alınıb.

“Mercedes” markalı, "99 KM 173" dövlət nömrə nişanlı avtomobillə "VAZ-21011" markalı, "54 BH 327" dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində 3 nəfər, Şirvan sakinləri - 1970-ci il təvəllüdlü Füzuli İbrahimov, 1972-ci il təvəllüdlü Azər Şəmiyev, habelə 1984-cü il təvəllüdlü Qismət Əliyev xəsarət alıblar.

Yaralılar Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. F.İbrahimov, A.Şəmiyev xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Q.Əliyev isə ambulator yardım alaraq evə buraxılıb.

Faktla bağlı Şirvan Polis Şöbəsində araşdırma aparılır. 

Daha əvvəl Şirvanda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.


  • İki avtomobil toqquşdu:yaralılar var - FOTO