İngiltərənin "Mançester Yunayted" klubunun transfer etmək istədiyi futbolçulardan birinin kimliyi bilinib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, baş məşqçi Joze Mourinyo Paul Poqbanı komandasında görmək istəyir.
"Poqba 49 oyuna 10 qol vurub"
Mançester təmsilçisi bu transfer üçün böyük məbləğdən belə keçməyə hazırdır. İddialara görə, "Mançester Yunayted" Poqba üçün "Yuventus"a 60 milyon funt-sterlinq təklif edib.
Hazırda italyan klubunun şərəfini qoruyan Poqba "Mançester Yunayted"in yetirməsidir.